1 C
Baku
Saturday, December 14, 2024

Bakıda Metroda gerişin maya dəyəri 82 qəpiyi keçib

İlk yarımildə Bakı Metropolitenində sərnişin daşınmasına əvvəlki ildəkindən 40 milyon manat çox xərc çəkilib. Metropoliten rəhbərliyi xərclərin niyə 1,7 dəfə artmasının səbəblərini açıqlamır.

Dövlət Statistika Komitəsindən (DSK-dan) verdiyi məlumata görə, yanvar-iyun aylarında «Bakı Metropoliteni» QSC-nin sərnişin daşınmasından əldə etdiyi gəlir 28 milyon 920,6 min manat – ötən ilin eyni dövrünə nisbətən 33,6 faiz çox olub.

Təzadlı olsa da, gəlirdəki artım metrodan istifadə edən sərnişin sayının 2,6 faiz azalması fonunda baş verib. Bu dövrdə metrodan 109 milyon 300 min nəfərin yararlandığı qeydə alınıb.

Altı ayda metropolitendə sərnişin daşınmasına çəkilən xərcsə 90 milyon manatı aşıb. Beləcə, bu dövrdə 61 milyon manatdan çox zərər yaranıb.

Xərclərin kəskin artımı sərnişindaşımanın maya dəyərinə birbaşa təsir göstərir. Ötən il, gəlir və xərc nəzərə alınmaqla, bir sərnişinin daşınması metropolitenə 44,9 qəpiyə başa gəlirdisə, AzadlıqRadiosunun hesablamasına görə, bu il həmin göstərici 82,4 qəpiyə çatıb. İndiki maya dəyəri Tarif Şurasının müəyyənləşdirdiyi gedişhaqqından 4 dəfə yüksəkdir.

Metronun zərərlərini qapatmaqdan ötrü bu il dövlət büdcəsindən ötənilki qədər – təxminən 38 milyon manat subsidiya ayrılıb.

Son xəbərlər
Digər xəbərlər