Sentyabr 2015-ci il tarixində Azərbaycan RespublikasıMaliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində “Açıq Qapı Günü” təşkil ediləcək.
Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, tədbir zamanı iştirakçılar Beynəlxalq və Milli mühasibat uçotunun faydaları haqqında geniş məlumat əldə etmək fürsətini qazanacaq, Azərbaycanda fəaliyyət göstərən peşəkar mühasiblərlə görüşəcək və onları maraqlandıran sualları birbaşa ünvanlamaq imkanı əldə edəcəklər.
“Açıq Qapı Günü” çərçivəsində Beynəlxalq uçotun üstünlükləri, özəllikləri və karyera imkanları, milli mühasibat uçotunun problemli məsələlərinin müzakirəsi təşkil olunacaq.
Eyni zamanda, tədbir iştirakçılarına Azərbaycan dilinə tərcümə olunmuş müxtəlif təlim materialları təqdim ediləcək.
Qeydiyyat üçün aşağıdakı vasitələrlə müraciət etmək olar:
Ünvan: Heydər Əliyev prospekti 10
(994 12) 404 81 50/ 404 81 59