9 C
Baku
Friday, December 13, 2024

Bakıda Misir-Azərbaycan biznes forumu keçiriləcək

Fevralın 23-25-də Bakıda Misir-Azərbaycan İqtisadi, Elmi və Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Müştərək Komissiyasının beşinci iclası keçiriləcək.

Misirin Azərbaycandakı səfiri Adel İbrahim bildirib ki, idxal, ixrac, turizm, istehsal, inşaat, kənd təsərrüfatı, nəqliyyat, rabitə, informasiya texnologiyaları, maliyyə sektoru, bərpaolunan enerji, kimya və ağır texnika sənayesi kimi sahələrdə fəaliyyət göstərən Misir şirkətlərinin 30-dək nümayəndəsinin iştirakı ilə iki ölkə arasında investisiya əlaqələrinin inkişafı kontekstində Misir və Azərbaycanın iş adamlarının biznes forumu da keçiriləcək.

Misir tərəfdən biznes foruma bu ölkənin beynəlxalq əməkdaşlıq naziri doktor Ranya Al-Maşat sədrlik edəcək.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər