13 C
Baku
Saturday, May 18, 2024

Nərimanovda əhalinin əmlakını məhv etməkdə təqsirləndirilən “EAST Residence” MTK rəhbəri həbs edildi

Paytaxt Bakı şəhərinin Nərimanov rayonu ərazisində söküntü və tikinti-quraşdırma işləri zamanı “EAST Residence” Mənzil Tikinti Kooperativi tərəfindən vətəndaşlara məxsus əmlakın qəsdən məhv edilməsi faktlarına dair Nərimanov rayon prokurorluğunda cinayət işi başlanmaqla istintaq aparılır.

Bu barədə Banker.az-a Baş Prokurorluqdan bildirilir.

İstintaqla, Kooperativin sədri Əli Məmmədovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək mülkiyyətçilərin razılığı, eləcə də, qanuni qüvvəyə minmiş müvafiq məhkəmə qərarı olmadan müxtəlif şəxslərə məxsus əmlakları məhv etməsi nəticəsində vətəndaşlara külli miqdarda ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.

Əli Məmmədov iş üzrə Cinayət Məcəlləsinin 186.3 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib və məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir.

Xatırladaq ki, “EAST Residence” Mənzil Tikinti Kooperativi 2020-ci ildə təsis edilib. Onun qanuni təmsilçisi/sədri Əli Məmmədov Fəzayıl oğludur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər