Bakıda Novruz bayramı münasibətilə bayram yarmarkalarına start verilib.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Ticarət və Xidmət Departamentindən məlumat verilib.
Bildirilib ki, şəhərin müxtəlif yerlərində bayramla əlaqədar 15-ə yaxın çadır qurulub:
“İstehlakçıların alış-verişlərini rahat şəkildə etmələri üçün əlverişli şərait yaradılıb. Belə ki, şəhərin müxtəlif yerlərində, əsasən, metro çıxışlarında 15-ə yaxın çadır quraşdırılıb”.
Qeyd edək ki, yarmarkaların təşkil edilməsində məqsəd bayram ərəfəsində küçələrdə pərakəndə satışların qarşısını almaq və bazar qiymətlərinə nisbətən ucuz məhsullar təklif etməkdir.
© Trend