Sabunçu rayonu ərazisində vətəndaşların pul kartlarını digər kartla dəyişdirərək pullarını mənimsəməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinə istinadən xəbər verilir ki, avqustun 14-də Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən bankomatların birinin qarşısında özünü bankın əməkdaşı kimi təqdim edib vətəndaşların kartlarını digər kartla dəyişdirərək pullarını mənimsəməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Nuriyev Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və sonrakı araşdırmalar aparılması üçün 13-cü PB-yə təhvil verilib.
©Azvision.az