Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) paytaxt ərazisində genişhəcmli təmir-bərpa və infrastruktur layihəsinə start verir.
Banker.az xəbər verir ki, qurum şəhər ərazisində səkilərin, məhəllədaxili həyətlərin, park və bağların yenidən qurulması üçün irihəcmli açıq tender elan edib.
“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin bu satınalma üzrə müəyyən etdiyi ehtimal olunan qiymət 9 913 137 manat təşkil edir.







