Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küç., ev 3, m.14 ünvanında yerləşən, fiziki şəxs Ağaverdiyev Elman Əlixan oğluna məxsus “Porto” oteldə nöqsanlar aşkarlanıb.
Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən əldə etdiyi məlumata əsasən (AQTA) xəbər verir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Qeyd edək ki, AQTA tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində monitorinqlərin miqyası genişləndirilib. Hazırda AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.