Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində qatar 160 saylı sərnişin avtobusu ilə toqquşub.
Toqquşma nəticəsində xəsarət alan 8 nəfər 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) aparılıb.
Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova “Report”a bildirib ki, xəstəxanaya aparılan yaralılardan biri dünyasını dəyişib.
Nazirlik rəsmisi əlavə edib ki, hadisə yerinə 10 həkim briqadası göndərilib.
https://youtu.be/-N1IJIih_vQ