10 C
Baku
Wednesday, December 11, 2024

Bakıda qoyun ətindən kolbasa hazırladığını deyən müəssisənin yalanı üzə çıxdı

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Sabir küçəsi, ev 8A ünvanında fəaliyyət göstərən, “Al-Sana” MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində planlı yoxlama keçirilib.

Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.

Belə ki, xammalların saxlandığı soyuducu və dondurucu anbarın, dəhlizin döşəməsinin tamlığının pozulduğu, istehsal edilmiş məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə edildiyi məlum olub. Eyni zamanda müəssisədə qoyun əti aşkar olunmayıb, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici sənədlər təqdim olunmayıb. Müəssisənin hazır məhsul anbarına keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi, bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq müəyyən edilib. Müayinələrin aparılması üçün müəssisədə istehsal edilmiş bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və sosiskalardan nümünələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisədə istehsal olunan hazır məhsullardan götürülmüş sınaq nümunəsinin laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkar edilib.

Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər