9 C
Baku
Friday, December 13, 2024

Bakıda restoran və 5 kafe cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə AQTA tərəfindən 2021-ci il noyabrın 24-də ölkə üzrə 412 ictimai iaşə obyektində 717 monitorinq keçirilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Agentlikdən bildirilir ki, monitorinqlər zamanı 6 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küç., ev 249 ünvanında yerləşən, fiziki şəxs İbrahim Zahir Ağababa oğluna məxsus “Kürəpizza” restoranı;

2. Bakı şəhəri, Səbail rayonu, Məmmədəliyev küçəsi 8 ünvanında yerləşən, fiziki şəxs Tağıyev Vüqar Sabir oğluna məxsus kafe;

3. Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsində yerləşən, fiziki şəxs Şıxalıyev Rəsul Şahlar oğluna məxsus “Seven Pub” kafesi;

4. Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən, fiziki şəxs Cumayev Əziz Əmrullah oğluna məxsus “Sərin” kafesi;

5. Zaqatala rayonu, Yuxarı Tala kəndində yerləşən, fiziki şəxs Əliyeva Zərnişan Abduləzim qızına məxsus kafe;

6. Goranboy rayonu, C. Cabbarlı küçəsində yerləşən, fiziki şəxs Məmmədov Rakif Danyel oğluna məxsus “Titanik” kafesi.

Son xəbərlər
Digər xəbərlər