6 C
Baku
Sunday, December 15, 2024

Bakıda sənaye sektoru böyüyüb

2021-ci ilin yanvar-dekabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki illə müqayisədə 2.7% artaraq 44.7 mlrd. manat təşkil edib.

Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 77%-i mədənçıxarma, 20%-i emal, 2.3%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 84.2% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92%, sənaye xarakterli xidmətlərin göstərilməsi İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 yanvar 2022-ci il vəziyyətinə 282.5 mln. manatlıq hazır məhsul ehtiyatı olub. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 81.1 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər
Digər xəbərlər