“2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-dən etibarən satışa çıxarılıb. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının 23-25 iyun 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub”.
Bunu açıqlamasında “Baku Grand Prix” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.
Mətbuat katibi 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün satışa çıxarılan biletlərin sayının 30 000 olduğunu bildirib.
“ Qiymətlər haqqında isə bir neçə gün bundan əvvəl məlumat vermişdik. Qran Priyə maraq gözlədiyimiz kimi çox yaxşıdır”.
Nigar Arpadarai həmçinin xarici ölkə vətəndaşlarının da biletlər sifariş etdiyini deyib.
“ Əsasən isə Rusiya, Britaniya və s. kimi ölkələrin vətəndaşları artıq biletlər sifariş ediblər. Nə qədər biletin satıldığı haqqında isə indiki mərhələdə hansısa rəqəm söyləmək istəməzdik. Çünki kompaniyaya yeni başlamışıq”.
Modern.az