20 C
Baku
Saturday, September 21, 2024
Home İqtisadiyyat Ümumi iqtisadi xəbərlər Bakıda satılan Formula 1 biletləri ilə bağlı açıqlama

Bakıda satılan Formula 1 biletləri ilə bağlı açıqlama

0
Bakıda satılan Formula 1 biletləri ilə bağlı açıqlama

“2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-dən etibarən satışa çıxarılıb. Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının 23-25 iyun 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub”.

Bunu açıqlamasında “Baku Grand Prix” şirkətinin milli mətbuat katibi, Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

Mətbuat katibi 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün satışa çıxarılan biletlərin sayının 30 000 olduğunu bildirib.

“ Qiymətlər haqqında isə bir neçə gün bundan əvvəl məlumat vermişdik. Qran Priyə maraq gözlədiyimiz kimi çox yaxşıdır”.

trend formula1 turistler 170616 01
Bakıda Formula 1, 2016

Nigar Arpadarai həmçinin xarici ölkə vətəndaşlarının da biletlər sifariş etdiyini deyib.
“ Əsasən isə Rusiya, Britaniya və s. kimi ölkələrin vətəndaşları artıq biletlər sifariş ediblər. Nə qədər biletin satıldığı haqqında isə indiki mərhələdə hansısa rəqəm söyləmək istəməzdik. Çünki kompaniyaya yeni başlamışıq”.

Modern.az