8 C
Baku
Friday, December 13, 2024

Bakıda süd məhsulları istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində Bünyadov küçəsi v3, mənzil 7 ünvanında fəaliyyət göstərən, Kozlovskaya Nina Yevgenyevnaya məxsus süd məhsullarının istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi məlum olub. Belə ki, müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətə, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmur, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılması eyni sahədə həyata keçirilir.

Banker.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, həmçinin istehsal olunan qatıq və dovğa məhsullarının tərkibi ilə etiketlənməsində uyğunsuzluqlar, üzərində istehsal və son istifadə tarixi qeyd olunmayan məhsullar və digər nöqsanlar aşkar edilib.

AQTA-dan bildirilir ki, aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Son xəbərlər
Digər xəbərlər