7 C
Baku
Thursday, December 12, 2024

Bakıda taksi qiymətləri bahalaşıb – Səbəblər

Son günlər Bakıda taksi xidməti qiymətlərində bahalaşma müşahidə olunur. Qiymətlərin bahalaşması bir neçə səbəblə izah olunur.

Taksi xidməti sahəsində fəaliyyət göstərən sahibkarlar arasında aparılan sorğuya əsasən, qiymətlərin bahalaşmasına səbəb taksi xidməti göstərən avtomobillərin sayının kəskin azalmasıdır.

Avtomobil sayının azalması bir neçə səbəblə əlaqələndirilir. Səbəblərdən biri odur ki, Nazirlər Kabinetinin qərarı ilə 15 ildən çox yaşı olan avtomobillərin taksi fəaliyyətinə qadağa qoyulması ilə əlaqədar bir çox sahibkar köhnə avtomobillərini kütləvi şəkildə satışa çıxarıb.

Digər bir səbəb isə odur ki, taksi operatorları 2007-ci və ondan aşağı ildə istehsal olunan avtomobilləri artıq reklamlı avtomobillər kimi qəbul etmir. Belə olan halda isə sahibkarlar həmin avtomobilləri xəttən çıxararaq, satışa qoyur.

Qeyd olunur ki, bütün bunlar taksi xidməti göstərən avtomobillərinin sayının kəskin azalmasına səbəb olub ki, bu da öz növbəsində taksi qiymətlərinin bahalaşmasına zəmin yaradıb.

Qeyd edək ki, Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təsdiqləyib.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər