11 C
Baku
Wednesday, December 11, 2024

Bakıda tikilmiş məcburi köçkün qəsəbəsi üçün 2.3 milyon manat xərclənəcək

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti “Tunel-Metro İnşaat” MMC ilə 2.3 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı qəsəbəsi daxilində tikilmiş məcburi köçkün qəsəbəsində isti su və isitmə sistemlərinin quraşdırılacaq kombiyə qoşulması işləri nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 2 300 402 AZN təşkil edir.

Son xəbərlər
Digər xəbərlər