1 C
Baku
Thursday, February 29, 2024

Bakıda ucuz maşınlar satışa çıxarılır – QİYMƏTLƏR

Banker.az xəbər verir ki, hərraca 11 nəqliyyat vasitəsi çıxarılıb.

Məlumatın dərc olunduğu gündən hərracda iştirak etmək üçün sifariş vermiş (əmlakın start qiymətinin 10%-i həcmində beh ödəmiş) şəxslərə satışa çıxarılan əmlak ilə qabaqcadan tanış olmaq imkanı balanssaxlayıcı təşkilat tərəfindən yaradılır.
Hərracda iştirak etmə qaydaları və nəqliyyat vasitələri haqqında məlumat əldə etmək üçün telefon: 311-01-60; (Daxili: 1707)

Sifarişlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖEN)
2. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)

S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti (manatla) 10% beh (manatla)
1 Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi Samir Həmidov 0559889434 Volkswagen Passat minik 2013 11000 1100
2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi Samir Həmidov 0559889434 Volkswagen Passat minik 2013 11000 1100
3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsi Samir Həmidov 0559889434 Volkswagen Passat minik 2013 11000 1100
4 Ədliyyə Nazirliyi Rafiq Mikayılov 0553020092 Nissan Sunny minik 2007 5500 550
5 Ədliyyə Nazirliyi Rafiq Mikayılov 0553020092 Volkswagen Passat minik 2011 9200 920
6 Ədliyyə Nazirliyi Rafiq Mikayılov 0553020092 Volkswagen Passat minik 2009 7000 700
7 Ədliyyə Nazirliyi Rafiq Mikayılov 0553020092 Nissan Sunny minik 2007 5500 550
8 Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Lalə Həsənova 0555081064 Nissan Maxima minik 2006 3800 380
9 Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Lalə Həsənova 0555081064 Nissan Maxima minik 2004 3200 320
10 Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Lalə Həsənova 0555081064 QAZ 3102 minik 1998 800 80
11 Azərbaycan Respublikası Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Lalə Həsənova 0555081064 QAZ 31029 minik 1993 750 75
Son xəbərlər
Digər xəbərlər