18 C
Baku
Saturday, May 4, 2024

Bakıda vətəndaşın bank kartından oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Bakıda vətəndaşa məxsus bank kartından oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

Banker.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər oğurluq əməlinə görə məhkum olunmuş Vüqar Nəsibov və oğlu, əvvəllər narkotiklərlə bağlı cinayətə görə məhkum olunmuş Sirac Nəsibov müəyyən olunaraq saxlanılıblar.

Onlar vətəndaşın bank kartından 3 min 770 manat oğurlayıblar.

Son xəbərlər
 ⁠
Digər xəbərlər