“Wolt” şirkətində kuryer işləyən 100-dən çox işçi işə çıxmayıb.
Banker.az yerli KİV-ə istinadla xəbər verir ki, onlar maaş artımı tələbilə şirkətin mobil proqramını dondurublar.
İşçilərin verdiyi məlumata əsasən, “Wolt” şirkəti artıq kuryerlərin bir çoxunu işdən çıxarıb. Tətil təşkilatçılarının sözlərinə görə, maaş artımı tələb edəndə şirkətdən hədə-qorxu gəlirlər ki, işləmək istəyən, növbədə gözləyən yüzlərlə insan var.
“Səni psixoloji olaraq sındıraraq inandırırlar ki, sənin əhəmiyyətin yoxdur, sən sadəcə statistikasan, yüzlərlə kuryerdən birisən. Səndən növbədə yüzlərlədir”, – deyə çağırışda bildirilir.
Hər gün səhərdən-axşama “şeytan arabasıyla” yollarda şütüyən kuryerlər ötən aylar ərzində həyatın kəskin bahalaşdığını, maaşlarınsa yerində saydığını bildiriblər.
İşçilər birlikdə olmağın yaratdığı gücdən əmindir: “Kiçik qar dənəcikləri böyük qar topaları yarada bilir”.