1 C
Baku
Saturday, December 14, 2024

Bakıda xarici vətəndaşın bank kartından pul oğurlandı

Bakıda xarici ölkə vətəndaşı qarət edilib.

Banker.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 11-də bir əcnəbi vətəndaşın bank kartını itirməsi və hesabından 358 manatının çıxarılaraq oğurlanması barədə polisə məlumat daxil olub.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Zəngilan rayon sakini Hafiz Tağıyev və Bakı şəhər sakini Məhəmməd İlyasov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər