26 C
Baku
Bazar ertəsi, May 23, 2022

Bakıda yaşayan Fransa vətəndaşları aprelin 24-də yenə səs verəcəklər

“Azərbaycanda yaşayan Fransa vətəndaşları aprelin 10-da Bakıda yaradılmış seçki məntəqəsinə gələrək prezident seçkilərində iştirak ediblər. Fransa vətəndaşları aprelin 24-də seçkilərin ikinci turunda səs verəcəklər”.

Bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter səhifəsində yazıb.

“Növbəti 5 ildə ölkəyə kimin rəhbərlik edəcəyini müəyyən etmək üçün Fransada prezident seçkilərinin ikinci turu aprelin 24-də keçiriləcək. Bakıda yaşayan fransız seçicilər bu həlledici qərarın qəbul edilməsində iştirak etmək üçün Fransız Liseyinə gedə bilərlər”, – səfirin paylaşımında deyilir.

Xatırladaq ki, seçici bülletenlərinin 97%-nin hesablanmasından sonra Fransanın hazırkı Prezidenti Emmanuel Makron ilk turdan sonra seçicilərin 27,6%-nin səsini qazanıb. İkinci yerdə 23,41% səslə Marin Le Pen qərarlaşıb.

Son xəbərlər
Oxşar xəbərlər