9 C
Baku
Sunday, December 1, 2024

Bakıda yeni ₼1 milyonluq lizinq şirkəti yaradılıb, sabiq bank rəhbəri ora rəhbər təyin edilib

Bakıda nizamnamə kapitalı 1 mln. manat olan lizinq şirkəti təsis edilib.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Level Leasing” Açıq Səhmdar Cəmiyyəti Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən dövlət qeydiyyatına alınıb.

ASC-nin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, İlqar Mirzəyev, ev 46-dır. Onun nizamnamə kapitalı 1 000 000 manatdır.

Şirkətin İdarə Heyətinin sədri sabiq bank əməkdaşı Fəhmin Xıdırlı İlqar oğludur.

F.Xıdırlı bundan öncə “Bank BTB” ASC-nin Pərakəndə bankçılıq departamentinin direktor müavini vəzifəsində çalışıb.

Son xəbərlər
Digər xəbərlər