9 C
Baku
Friday, December 13, 2024

Bakıda yeni bank olmayan kredit təşkilatı yaradılıb

Azərbaycanda yeni bank olmayan kredit təşkilatı (BOKT) yaradılıb.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu, “Maya Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

“Maya BOKT” MMC Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən 4 noyabr 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb və BOKT-un hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Ələddin Quliyev, ev 11/31, Babək Plazadır. Kredit təşkilatının direktor. Vüsal Bayramov Mayıl oğludur.

“Maya BOKT”un nizamnamə kapitalı requlyatorun BOKT-lar üçün nəzərdə tutduğu minimal normativdə 300 min manatda təşkil edəcək.

Qeyd edək ki, BOKT-un yaradılması onun bazarda iştirakı demək deyil. Bunun üçün lisenziya lazımdır və bu da Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə gerçəkləşir.

Son xəbərlər
Digər xəbərlər