Bakıda yeni “e-GovPay” ödəmə terminalı fəaliyyətə başlayacaq.
Bu barədə Məlumat Hesablama Mərkəzindən məlumat verilib.
Hal-hazırda bu terminalın yalnız poçtlarda olduğu qeyd olunsa da bildirilib ki, “Bakutel-2016” sərgisindən sonra Bakı şəhərində bu terminalların sayı artırılacaq.
“e-GovPay”in digər ödəmə terminallarında fərqi burada bank əməliyyatlarının edilməsinin mümkünlüyüdür. Belə ki, bu ilin dekabr ayından istismara veriləcək daha böyük “e-GovPay”lərdə istənilən əməliyyatların (exchange) edilməsi mümkün olacaq. Bundan başqa, bu ödəmə terminalında xırda pulun qaytarılması da mümkün olacaq. Həmçinin yaxın müddətdə “Bakıkart”ların da balansının artırılması “e-GovPay” ilə mümkün olacaq” – deyə bildirilib.
APA