“PASHA Holding” MMC-nin “Port Baku” iş mərkəzində yeni lizinq şirkəti təsis edilib.
Bu barədə banker.az Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinə istinad edir.
Məlumata görə, bu, “Fastleasing” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
“Fastleasing” MMC 1000 manat nizamnamə kapitalı ilə Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr., ev 153 ünvanda dövlət qeydiyyatına alınıb.
Bu ünvanda “Port Baku” iş mərkəzi yerləşdir.
Şirkətin qanuni təmsilçisi Əfsun Osmanov Mahir oğludur.