6 C
Baku
Sunday, December 15, 2024

Bakıda yeni metrostansiyanın çıxışının tikintisinə başlanılacaq

Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsində inşa olunan şərti adı “B04” metrostansiyasının tikintisi başa çatdıqdan sonra 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyində keçirilən ictimai dinləmədə “Bakı Metropoliteni” QSC-nin Perspektiv inkişaf və əsaslı tikintiyə nəzarət departamentinin rəis müavini Nişat Həmidov deyib. O bildirib ki, sahədə 400-ə yaxın kol bitkisi, 200-a yaxın ağac, 300-ə yaxın mövsumi güllərin əkilməsi, ümumilikdə 15000 m² yaşıllıq sahəsinin salınması planlaşdırılır.

“Yaxın zamanda “B04″ stansiyasının 4 çıxışının tikintisinə başlanılacaq. Həmin stansiyanın 2 çıxışında ağacların köçürülməsi ilə bağlı layihə hazırlanıb”, – deyə o qeyd edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər