“MilliÖN” ödəmə terminallarının operatoru olan “Komtec” şirkəti “BakıKart”la birgə yeni layihəyə start verib.
Bunu “Komtec” şirkətinin müştəri xidmətləri bölməsinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.
Onun sözlərinə görə, layihə çərçivəsində paytaxtda istifadədə olan “MilliÖN” kartomatlarından başqa, şirkətin mövcud olan bütün köşklərində “BakıKart” kartlarının balansını artırmaq mümkün olacaq.
“Hazırda bu xidmətin əlçatanlığını təmin etmək məqsədilə köşklərin proqram təminatı yenilənir. Texniki işlərin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir. Beləliklə, paytaxt üzrə 150 kartomatlardan başqa, istifadədə olan 1 200 “MilliÖN” köşklərində də “BakıKart” balansını artırmaq mümkün olacaq”, – deyə Ü. Əfəndiyeva qeyd edib.