10 C
Baku
Thursday, December 12, 2024

“BakıKART”da balansı onlayn necə artırmaq olar? – İZAH

Bakıda metro və avtobus kimi ictimai nəqliyyatda vahid ödəniş kartı olan “BakıKART” artıq ölkədə onlayn olaraq da ödəniş etmək mümkündür.

BakıKART — Bakı metropolitenində və “BakuBus” və “Xaliq Faiqoğlu” avtobuslarında tətbiq olunan ödəniş kartı ilk dəfə 8 avqust 2015-ci ildə tətbiq olunmağa başlayıb. 30 sentyabr 2015-ci ilə qədər əvvəlki ödəmə kartı olan Metrokart ilə paralel istifadə edilmişdir. 1 avqust 2017-ci ildə dizaynında dəyişikliklər aparılmışdır.

Bakıda sərnişindaşıma sahəsində nəzarəti və tənzimləməni həyata keçirən Bakı Nəqliyyat Agentliyi açıqlama verərək bildirmişdi ki, mövcud avtobus parkının 70%-dən çoxu “BakıKART” sisteminə inteqrasiya edilib.

İlkin mərhələdə internet portalı üzərindən ödəmə sistemini sərnişinlərin istifadəsinə təqdim edilib. Bunun üçün online.bakikart.az portalına daxil olub e-mail və yaxud telefon nömrəsi ilə qeydiyyatdan keçib şəxsi kabinet yaratmaq lazımdır.

1 2 2a23 3a 65

 

4Kartın balansını 2 üsulla artırmaq mümkündür: birbaşaya kartın şəxsi kabinetə əlavə edilməsi ilə. Daha operativ ödəniş üçün kartı kabinetə əlavə etmək tövsiyə olunur.

Ödənilən məbləğ kartın balansına ən geci bir saat ərzində oturacaq.

Qeyd edək ki, vətəndaşlar yalnız avtobus dayanacaq məntəqələrində deyil, paytaxtın müxtəlif ərazilərində fəaliyyət göstərən iaşə obyektlərində, iri ticarət mərkəzlərində, marketlərdə yerləşdirilən “MilliÖn” terminalları vasitəsilə də “BakıKART” balansını artıra bilər.

Son xəbərlər
Digər xəbərlər