2 C
Baku
Sunday, December 15, 2024

Bakının ən işlək prospektinin bir hissəsində hərəkət məhdudlaşdırılır

Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (“3-cü mikrorayon” dairəsi) yerləşən yol ötürücüsündə aparılacaq təmir işləri ilə əlaqədar olaraq Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində (yalnız yol ötürücüsü üzərində) avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Mənbə yazır ki, sözügedən yol ötürücüsü üzərində hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, mart ayının 24-də səhər saat 6:00-dan 25-də gecə saat 24:00-dək tətbiq ediləcək.

Qeyd olunan müddət ərzində sürücülər Ziya Bünyadov prospektindən “20 Yanvar” dairəsi istiqamətində köməkçi yoldan istifadə edərək hərəkətlərinə davam edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər