10 C
Baku
Friday, December 13, 2024

Bakının bəzi hissələrində dollar ucuzlaşdı

İndi 1 ABŞ dollarının alışı 96 qəpik olub.

Bu gün paytaxtın bəzi valyutadəyişmə məntəqələrində dolların manata nisbətdə məzənnəsi aşağı düşüb.

Oxu.Az xəbər verir ki, AzNews.az-ın əməkdaşının apardığı müşahidələr zamanı məlum olub ki, xüsusilə 20 Yanvar ərazisindəki valyutadəyişmə məntəqələrində dolların manata nisbətdə kursu dünənkindən fərqli olaraq bir qədər aşağı düşüb.

İndi 1 ABŞ dollarının alışı 96 qəpik, satışı isə 1 manat 2 qəpik olub.

Valyuta dəyişmə məntəqələrinin əməkdaşları deyiblər ki, hazırda məntəqələrdə ABŞ dollarının həcminin böyük olmasına baxmayaraq alış, demək olar ki, həyata keçirilmir.

Qeyd edək ki, dünən Azərbaycanın Mərkəzi Bankı 1 ABŞ dollarının məzənnəsini 1.05 manat, 1 avronun məzənnəsini isə 1.19 manat kimi dəyərləndirib.

Son xəbərlər
Digər xəbərlər