17 C
Baku
Friday, April 19, 2024

Bakının bəzi küçə və prospektlərində sıxlıq müşahidə edilir

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Moskva prospekti – Beynəlxalq Avtovağzalın qarşısından şəhər istiqamətində sıxlıq;

2. Tbilisi prospekti – 20 yanvar dairəsi və şəhər istiqamətində sıxlıq;

3. Alı Mustafayev küçəsi – 3 mkr dairəsində körpünün üstündən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq (20 yanvar dairəsi də daxil olmaqla);

4. Ziya Bünyadov prospekti – Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən 20 yanvar dairəsi istiqamətində sıxlıq və M.Kamal Atatürk prospekti ilə kəsişmədən Koroğlu metrosu istiqamətində sıxlıq;

5. 3 mkr dairəsi – Ceyhun Səlimov, Asif Məhərrəmov küçəsi və Cavadxan küçələrinin kəsişməsi sıxlıq;

6. Ceyhun Səlimov küçəsi – Mərkəzi Hərbi Klinik Hospitalın yanından 3 mkr dairəsi istiqamətində sıxlıq;

7. Mustafa Kamal Atatürk prospekti – Ziya Bünyadov prospekti istiqamətində sıxlıq və Ak.Həsən Əliyev küçəsi ilə kəsişmədən Gənclik metrosu istiqamətində sıxlıq;

8. Abbasqulu ağa Bakıxanov küçəsi – Türkiyə səfirliyi istiqamətində sıxlıq;

9. Koroğlu Rəhimov küçəsi – Ak.Həsən Əliyev küçəsi və Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

10. Yusif Səfərov küçəsi – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

11. Mikayıl Useynov prospekti – Bayıl yolundan Azneft dairəsi istiqamətində sıxlıq;

12. Rəşid Behbudov küçəsi – Mərkəzi Bankın qarşısına qədər sıxlıq;

13. 28 may küçəsi – Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;

14. Dilarə Əliyeva küçəsi – Rəşid Behbudov küçəsi ilə kəsişməyədək sıxlıq;

15. Bülbül prospekti – 28 may küçəsi ilə kəsişmədən Neftçilər prospekti ilə kəsişməyədək sıxlıq;

16. Şah İsmayıl Xətai prospekti – Heydər Əliyev prospekti istiqamətində sıxlıq;

17. Üzeyir Hacıbəyli küçəsi – Cavanşir körpüsünün üstündəki sıxlıq;

18. Niyazi küçəsi – İçərişəhər metrosunun yanından Azneft dairəsi istiqamətində sıxlıq;

19. Heydər Əliyev prospekti – Bağırov körpüsündən şəhər istiqamətində köməkçi yol sıxlıq.

 

 

Son xəbərlər
Digər xəbərlər