Bakının bu ərazisində olan tikililərdə söküntü başladı

Yeni Suraxanı-Hövsan dəmiryolu xəttinin bərpası üçün ərazidə söküntü işləri başlayıb. Söhbət dəmiryolu xəttinin mühafizə zonasına yaxın tikililərdən gedir.

Azərbaycan Dəmir Yollarından bildirilib ki, söküntü işlərinin aparıldığı ərazilərdən biri də Suraxanı bazarı ətrafıdır.

Yeni Suraxanı-Hövsan xəttinin bərpası təkcə bir istiqamətin yenilənməsi demək deyil. Dövlət Proqramı çərçivəsində Bakı və ətraf qəsəbələri əhatə edən dəmiryolu şəbəkəsinin mərhələli şəkildə genişləndirilməsi nəzərdə tutulur.

Yeni Suraxanı-Hövsan xəttində aparılan işlər başa çatdıqdan sonra bu istiqamətdə sərnişin daşımalarının bərpası şəhərətrafı nəqliyyat yükünün azalmasına da təsir göstərəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər