9 C
Baku
Thursday, December 12, 2024

Bakının bu küçəsindəki bütün binalar söküləcək

Paytaxtda nəhəng söküntü dalğası başlayıb. Sakinlər evlərindən çıxarılırlar.

Bir neçə gündür ki, Nərimanov rayonu Faiq Yusifov küçəsində binaların sökünütüsünə başlanılıb. Ərazi dəmir çəpərlərlə əhatəyə alınıb. Binlar sökülür və qarşısında olan ağaclar kəsilir.

Digər yazı: Bakıda banklar narahat olmağa başladı

Əraziyə yaxınlaşmağa isə icazə verilmir. Ötən gün əraziyə yaxınlaşıb bir neçə foto çəkmək istədim. Yolun kənarında dayanmış və özünü tikintinin briqadiri kimi təqdim edən şəxs, “mən sizə məlumat verə bilmərəm, gedin, işinizlə məşğul olun” dedi.

Ərazidə yaşayan sakinlərlə söhbət zamanı məlum oldu ki, 2-3 ay əvvəl sakinlərlə müqavilə bağlanıb və onların köçürülməsi üçün işlər görülür. Sakinlərdən birinin sözlərinə görə, əvvəllər bu ərazilər İmişli rayonundan olan sahibkara aid imiş. Sonradan ərazi onlardan alınıb. Yeni sahibin kim olunduğu bilinməsə də, sakinlərin diqqətini çəkən odur ki, son zamanlar əraziyə ərəblər daha çox gəlirlər.Nərimanov rayonu Faiq Yusifov küçəsində binaların sökünütüsünə başlanılıb

Ərazidə 9 mərtəbəli binalar tikiləcək. Sakinlərə — 1 otağı olanlara 300 manat, 2 otağı olanlara 400 manat, 3 otağı olanlara 500 manat kirayə pulu verilir. Deyilənə görə, 1 il 8 ay və ya 2 il ərzində sakinlər yeni mənzillərlə təmin ediləcəklər”, — sakinlərdən, adının çəkilməsini istəməyən həmsöhbətimiz bildirdi.

Onun sözlərinə görə, burada yaşayan sakinlərə, yeni tikilmiş binalarda, daha geniş kvadratla yeni mənzillər veriləcək: “Sakinlərin bu tikintiyə və söküntüyə heç bir narazılığı yoxdur. Çünki buradakı evlər sovet dövründən qalmış köhnə, təmirsiz, kiçik kvadratlı mənzillərdir”.Nərimanov rayonu Faiq Yusifov küçəsində binaların sökünütüsünə başlanılıb

Sakinlərin sözlərinə görə, Faiq Yusifov küçəsindəki binaların hamısı artıq “plana” düşüb və yaxın günlərdə küçədə boyundakı bütün binalar söküləcək. Və yeri gəlmişkən, ərazidə Pişəvari adına Humanitar Fənnlər Gimnaziyası da yerləşir.

Sputnik

Son xəbərlər
Digər xəbərlər