25 C
Baku
Monday, April 29, 2024

Bakının daha bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Sabah saat 09:00-dan iyunun 27-si saat 20:00-a qədər Bakının Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsində (Ziya Bünyadov prospektindən “Qələbə dairəsi” istiqamətində ) tunelin (“Xutor tuneli”) yuyulması işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər