12 C
Baku
Saturday, November 16, 2024

Bakının ictimai iaşə dövriyyəsi 50%-dən çox azalıb

2020-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə dövriyyəsi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58,4 faiz azalaraq 317,2 milyon manat olub.

Bu barədə Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Bildirilib ki, özəl sektorda ictimai iaşə dövriyyəsinin 70,4 faizi hüquqi şəxs statuslu müəssisələrin, 29,6 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 36,5 faiz azalaraq 224,6 milyon manat olmuşdur.

Son xəbərlər
Digər xəbərlər