14 C
Baku
Wednesday, April 24, 2024

Bakının mərkəzində daha bir metro stansiya tikilir

Bu il Bakının mərkəzində daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə  “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.

Qeyd olunub ki, sözügedən stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri artıq başa çatıb:

“Yeni stansiya ilə bağlı tikinti işlərinin növbəti mərhələsinə şərti adı “B3” olan stansiya istifadəyə verildikdən sonra başlanılacaq. Cari il ərzində hər hansı geoloji və ya texniki problemlər yaranmayacağı təqdirdə, “Bənövşəyi” xətt üzrə şərti adı “B4” olan stansiyanın tikintisi bu il üçün planlaşdırılır.

“B4” stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında yerləşəcək. Tikinti qaydalarına uyğun olaraq yeni stansiyanın ilkin mərhələsi yerinə yetirilərək tunellər qazılıb”.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər