26 C
Baku
Tuesday, April 30, 2024

Bakının mərkəzindəki ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr., ev 145 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Süleymanov Tural Rafiq oğluna məxsus “Maidə” ictimai iaşə müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalların ilkin emalı və kimyəvi maddələrin, təmizlik invertarlarının saxlanması üçün sahənin ayrılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi, dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub. Həmçinin xammal kimi istifadə olunan ət məhsullarının, çiy dönər yarımfabrikatlarının və digər xammalların müşayiətedici sənədləri yoxlamaya təqdim olunmuyub.

Aşkar olunmuş nöqsanlarla bağlı sahibkar inzibati məsuliyyətə cəlb olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

16444732481m jpeg

16444732492m jpeg

Son xəbərlər
 ⁠
Digər xəbərlər