Sabunçu, Suraxanı və Qaradağda yeni sosial xidmət mərkəzləri açılacaq.
Bu barədə Sosial Xidmətlər Agentliyinin (SXA) İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ağdam, Hacıqabul və Göyçayda isə 18 yaşa qədər əlilliyi olan şəxslər üçün yeni mərkəzlər yaradılacaq.