1 C
Baku
Saturday, December 14, 2024

Bakıya yeni gətirilmiş 50 avtobus bu marşrut xətlərində istifadəyə verildi

Bakı Nəqliyyat Agentliyinin daşıyıcılar qarşısında müəyyənləşdirdiyi tapşırığa uyğun olaraq, “Xaliq Faiqoğlu” MMC tərəfindən yeni gətirilən, Avro 6 standartlarına cavab verən 50 ədəd “Otokar” markalı, CNG mühərrikli avtobuslar istismara verilib.
 Nəqliyyat vasitələri 18, 61, 65 və 85 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişinlərin istifadəsinə verilib. Bu marşrut xətlərindən çıxarılan “İsuzu” markalı avtobuslar isə “Daewoo” markalı avtobusları əvəz etmək üçün 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətləri üzrə daşımalara cəlb edilib.
 Bakı Nəqliyyat Agentliyinin tapşırığına əsasən, daşıyıcı tərəfindən sərnişin tələbatı nəzərə alınmaqla, ayrı-ayrılıqda hər üç xətt üzrə gündəlik reysə 20 ədəddən artıq avtobus çıxarılır. Bununla da, Bakı-Xırdalan istiqamətində gündəlik 100 min nəfərə yaxın sərnişinin daha rahat, maneəsiz və təhlükəsiz daşınması təmin edilib.
Son xəbərlər
Digər xəbərlər