2 C
Baku
Thursday, February 29, 2024

“Bakmil” və “Xocəsən” stansiyalarına yeni rəislər təyin edilib

“Bakı Metropoliteni” QSC-nin yürüstü stansiyalarına yeni rəislər təyin edilib.

Bu barədə QSC sədri Zaur Həsənov əmr imzalayıb.

Z.Həsənovun imzaladığı əmrə görə, İsa Musayev “Bakmil”, Elçin Ələsgərov isə “Xocəsən” stansiyasının rəisi təyin edilib. Hər iki şəxs bu vəzifə üçün imtahan verib.

İ.Musayev bu təyinata qədər “Neftçilər” stansiyasında rəis müavini, E.Ələsgərov isə “8 Noyabr” stansiyasında Mərkəzləşmə Məntəqə növbətçisi vəzifəsində çalışıb.

Xatırladaq ki, “Bakı Metropoliteni”nin uzunluğu 40 km-ə çatan 27 stansiyası var.

Stansiya rəisinin adı Hazırda rəhbərlik

etdiyi stansiya

Əvvəl rəhbərlik

etdiyi stansiya

1 Müstəcəb Qurbanov Avtovağzal 28 May
2 Elçin Süleymanov Memar Əcəmi (Bənövşəyi) 20 Yanvar
3 Elxan Zeynalov Şah İsmayıl Xətai Ulduz
4 Niyaz Alıyev Cəfər Cabbarlı Memar Əcəmi (Bənövşəyi)
5 Ramin Əliyev Nizami Nəsimi
6 Faiq Həsənov Elmlər Akademiyası Dərnəgül
7 Əlişan Ağayev İnşaatçılar Avtovağzal
8 Akif Məmmədov 20 Yanvar Xətai
9 Sərdar Babayev Memar Əcəmi İnşaatçılar
10 Nurlan Nəbiyev Nəsimi Sahil
11 Şahvələd Hüseynov Azadlıq prospekti Memar Əcəmi
12 Kamal Talıbzadə Dərnəgül 8 Noyabr (müavin)
13 Xalid Məmmədov İçərişəhər Azadlıq prospekti
14 Əli Mayılov Sahil Gənclik
15 Yusif Şabanov 28 May 8 Noyabr
16 Şaiq Heydərov Gənclik Elmlər Akademiyası
17 Arif Həsənli Nəriman Nərimanov Xalqlar dostluğu
18 İsa Musayev Bakmil İmtahanla gəlib
19 İlqar Rüstəmov Ulduz Qara Qarayev
20 Cəmşid Cəfərov Koroğlu Əhmədli
21 Mehman İbrahimov Qara Qarayev Neftçilər
22 Nəsiman Səttarov Neftçilər 28 May (müavin)
23 Vidadi İbrahimov Xalqlar dostluğu Həzi Aslanov
24 Vadim Məmmədov Əhmədli Koroğlu
25 Cümşüd Cəfərov Həzi Aslanov İçərişəhər
26 Vüsal Zeynalov 8 Noyabr Nizami
27 Elçin Ələsgərov Xocəsən İmtahanla gəlib
MənbəReport
Son xəbərlər
Digər xəbərlər