Ölkədə quraşdırılmış bankomatların ümumi sayı 1 iyul tarixində 2 493 ədəd olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 125 ədəd və ya 6% çoxdur.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, Bakı şəhəri üzrə olan bankomatların sayı 1 399 ədəd, Regionlarda quraşdırılmış bankomatların sayı isə 1 094 ədəd təşkil edib.
Hazırda ölkədə quraşdırılan POS-terminalların sayı isə ötən il ilə müqayisədə 17 600 ədəd və ya 49% artaraq 53 988 ədədə çatıb.
Son 1 ayda bankomatların sayı 17 ədəd, Pos terminalların sayı isə 1 575 ədəd artıb.