9 C
Baku
Friday, December 13, 2024

“Baku Electronics” iki vəzifə üzrə vakansiya elan edir

1. Koorporativ Satış Meneceri

Vəzifə öhdəlikləri:

      Şöbənin  korporativ satış hədəfinə çatması üçün verilən tapşırıqları icra etmək;
      Müəssisənin ümumi strateji planı çərçivəsində korporativ  satış siyasətini icra etmək;
      Korporativ  satış üzrə bütün kanallarla işləmək;
      Müəyyən edilən qiymət siyahıları, təşkil olunan kampaniyalar və elanlar haqqında müştərilərı məlumatlandırmaq;
      Korporativ müştərilərin axtarılması və onlar haqqında ətraflı məlumatların toplamaq;
      İşgüzar görüşlərdə iştirak etmək.

Tələblər:

– Ali təhsil (Satış və marketinq sahəsində);
– İş təcrübəsi: korporativ satış sahəsində 3 illik iş təcrübəsinin olması;
– Yaş həddi – 25-35;
– Azərbaycan, rus və ingilis dillərini mükəmməl səviyyədə bilməli;
– Ms. Office proqramlarını yüksək səviyyədə bilməli;
– Korporativ satış sahəsinin nəzəri və praktiki biliklərin texnikaları bilməli;
– Müştəriyönümlü satış  etmək bacarığı;
– Korporativ idarəetmənin prinsiplərini bilməli.

Uyğun namizədlərdən CV formalarını  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı qeyd olunmaqla göndərməkləri xahiş olunur.


2. Promouter

Tələblər:

– İş təcrübəsi 1 il
– Azərbaycan Dili (əla),Rus dili (əla)
– Kompüter və ofis texnikasından istifadə
– İşgüzar ünsiyyət etikası
– Gərgin iş şəraitində işləmə bacarığı
– Güclü təqdim etmə bacarığı

Vəzifələr:

– Müştərini gülərüzlə qarşılamaq, mağazada olan kampaniyalar, müştərilər üçün təşkil edilən servis, kredit xidmətləri haqqında ətraflı məlumat vermək.
– Müştərinin məhsul ilə əlaqədar suallarını ətraflı cavablandırmaq.
– Müştəri müraciətinə əsasən məhsulun təqdimatını keçirmək.

Uyğun namizədlərdən şəkilli CV formalarını  [email protected] email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı qeyd olunmaqla göndərməkləri xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər