1 C
Baku
Saturday, December 14, 2024

“Baku Food House”un Rusiyadan gətirdiyi dondurulmuş toyuq əti yararsız çıxdı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.

Banker.az xəbər verir ki, tədbirlər çərçivəsində “Baku Food House” MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan “Stavropolskiy Broyler” MMC-nin istehsalı olan 20338 kq dondurulmuş toyuq hissələri məhsulunda Agentlik əməkdaşları tərəfindən götürülmüş nümunələrin müayinələri nəticəsində salmonella aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq, təhlükəli malların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərar qəbul edilib. Verilmiş qərara əsasən, həmin istehsalçının məhsulu idxalına müvəqqəti qadağa qoyulub və idxalçı ölkənin aidiyyəti qurumuna müvafiq bildiriş göndərilib.

 

16871773561 jpeg 16871773562 jpeg

Son xəbərlər
Digər xəbərlər