15 C
Baku
Saturday, April 27, 2024

“Baku Steel Company”nin sabiq rəhbəri: “Son 11 ildə kimə nə qədər pul vermişəm, hamısını yazıram”

“Məni xəyanətdə ittiham eləyirlər, amma mən prezidentə heç vaxt xəyanət eləməmişəm. Amma burada mən danışanda məlum olacaq ki, kim kimə necə xəyanət eləyib”.

Banker.az haqqın.aza istinadən xəbər verir ki, bunu “Baku Steel Company” poladəritmə zavodunun həbsdə olan sabiq rəhbəri Rasim Məmmədov sentyabrın 5-də öz məhkəməsində deyib.

20 aydır həbsdə olan keçmiş zavod rəhbərinin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, 55 milyon manatlıq mənimsəmə və israfetmə kimi əməllərdə suçlanır. Amma özü bu ittihamı qəbul etmir. Əksinə, zavod da daxil olmaqla, özü və qohumlarının çoxsaylı əmlaklarının əllərindən alındığını deyir.

“İş adamıyam, öz pulumu qazanıb yemişəm. Hələ başqaları da gəlib qazancıma şərik olub. Mən dövlətə vəzifədəki məmurlardan daha çox xeyir vermişəm. 2011-ci ildə bu işə başlayanda üçlükdə oturub söhbət eləmişik. Hər şey qaydasında idi, hamı qazanırdı. Kimə lazım idi ortalığı qarışdırıb bu biabırçılığı yaratmaq?”– deyə, Rasim Məmmədov bildirib.

Ev dustaqlığına buraxılması haqda vəsatətə münasibət bildirən Məmmədov deyir ki, bu məsələ onun üçün önəmli deyil: “DTX-da 15 kvadratmetrlik otaqda baş-qulağım sakit yaşayıram. Mənim orada qalmağıma görə azadlıqda olanlar narahat olsun. Son 11 ildə kimə nə qədər pul vermişəm, kiminlə nədən danışmışam, hamısını yazıram kitabımda…”.

Sentyabrın 9-da məhkəmədə sabiq zavod direktoruna qarşı yeyinti ittihamının detalları açıqlanacaq, ardınca dindirmələr başlayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər