9 C
Baku
Friday, December 13, 2024

“BakuBus” 7 milyon manatlıq ehtiyat hissələri aldı

“BakuBus” MMC “Az-Tex-İmport” MMC ilə 7 milyon manatlıq müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “İveco” və “Neoplan” markalı avtobusların istehsal reqlamentinə uyğun ehtiyat hissələrinin satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 6 869 237 manatdır.

Qeyd edək ki, “Az-Tex-İmport” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 226 010 manatdır və qanuni təmsilçisi Samir İbadullayevdir.

 

Son xəbərlər
Digər xəbərlər