21 C
Baku
Thursday, April 25, 2024

“BakuBus” da Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verildi – fərman

“Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyev 25 yanvarda fərman imzalayıb.

Fərmanda deyilir,

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na aşağıdakı məzmunda 16-1-ci hissə əlavə edilsin:

“16-1. Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti”.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan İnvestisiya Holdinqi — Azərbaycanda həyata keçirilən davamlı struktur islahatları iqtisadiyyatın səmərəliyinin daha da artırılması məqsədi ilə yaradılmış holdinq. 2020-ci il avqustun 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan İnvestisiya Holdinqinin yaradılması haqqında Fərmanına əsasən təşkil olunmuşdur. Holdinqin yaradılmasında əsas məqsəd Azərbaycanda həyata keçirilən davamlı struktur islahatlarının iqtisadiyyatın səmərəliliyinin daha da artırılması məqsədlərinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 5 noyabr tarixli Fərmanı ilə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə bir sıra dövlət şirkətləri və müəssisələri, habelə dövlət payı olan təsərrüfat cəmiyyətləri daxil edilmişdir:

  • Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
  • “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  • “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti
  • “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti
  • “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti
  • “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti
  • “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti
  • “Azərsu” Açıq Səhmdar Cəmiyyəti
  • “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti
  • Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
  • “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti
  • “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti
  • “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti
  • “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti
  • “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti
  • Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:
    • “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti
    • “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti
    • “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti
    • “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti
    • “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti
  • Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər