“BakuBus” MMC “Referans Klinik Laboratoriya Mərkəzi” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə “Baku Bus” MMC-nin sürücülərinin səyyar yoxlama yerlərində və MMC-nin inzibati binasında tibbi baxış və alkoqol testlərinin keçirilməsi xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 480 min 24 manatdır.
Bildirək ki, Referans Klinik Laboratoriyaları” MMC 2014-cü ildə yaranıb. Bu MMC-nin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Aqil Mirzəyev Əlövsət oğludur.