“Almaniya Ətraf Mühit Fondunun dəstəyi ilə Zaqatala Dövlət Qoruğunun bazasında Balakən-Zaqatala Biosfer Rezervatı yaradılacaq”.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov nazirliyin işğaldan azad olunan Füzuli və Xocavənd rayonlarına təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
O deyib ki, yeni yaradılacaq qurum qoruqdan aşağı, milli parkdan yuxarı statusa malik olacaq: “Qurumun ərazisi Zaqatala və Balakən rayonlarının yüksək dağ massivlərinin əhatə edəcək”.