8 C
Baku
Thursday, December 12, 2024

Balaxanı Sənaye Parkının biznes əhatəsi genişləndirlir – Prezidentdən sərəncam

Azərbaycan Prezidenti İlham Əliyev “Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında” Prezidentin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb

İmzalanan sənədə görə, həmin sərəncamın 2-ci hissəsi aşağıdakı redaksiyada verilib:

“2. Müəyyən edilsin ki,

2.1. Balaxanı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura və idarəetmə qurumlarına malik olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədilə istifadə edilən, yaşıl biznesin inkişafına kömək edən ərazidir;

2.2. resurslardan davamlı və səmərəli istifadəni təmin etmək və tullantıları minimuma endirmək məqsədilə Balaxanı Sənaye Parkının ərazisində istehsal müəssisələri, eləcə də tullantıların emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır.”.

ƏVVƏL

“2. Müəyyən edilsin ki, Balaxanı Sənaye Parkının ərazisində məişət tullantılarının emalı (təkrar emalı) və xidmət müəssisələri yaradılır”.

Son xəbərlər
Digər xəbərlər